Bakıda qırmızı işıqda keçən avtomobil qəzaya səbəb olub - VİDEO

Yol qəzaları 10 İyul 2019 | 08:28
OXUNUB: 1100

Bakının Nəsimi rayonunda iki minik maşını toqquşub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti və A.Bakıxanov küçəsinin kəsişməsində baş verib. Zamanov Naib Niyazəli oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Azadlıq prospektində işıqforun yaşıl işığından keçərək hərəkətdə olarkən A.Bakıxanov küçəsi ilə qırmızı işıqda hərəkətinə davam edən və sürücü İradə Cəfərovanın sükanı arxasında olduğu "Kia" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "Kia"da olan orta yaşlı qadın sərnişin xəsarət alıb. İlkin məlumata görə, hadisə "Kia" markalı avtomobilin yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man