Bakıda hərəkət üstünlüyünü gözləməyən sürücü qəza törətdi: 4 yaralı - VİDEO

Yol qəzaları 10 İyul 2019 | 08:17
OXUNUB: 1098

Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində, yolötürücü körpünün altındakı dairədə qeydə alınıb. Belə ki, Sabir Əhmədov idarə etdiyi "Hyundai" markalı minik maşını ilə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə manevr edən, Anar Quliyevin sükanı arxasında olduğu "Mercedes" markalı avtomobilə yol verməyib və avtomobillər toqquşub. Nəticədə sürücü S.Əhmədov, onun sərnişinləri Manaflı Miryusif Mirvəfa oğlu və adı hələlik məlum olmayan daha bir sərnişin, eləcə də "Mercedes"də olan Nurulluyev Tural Yarəli oğlu xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. S.Əhmədova ambulator müalicə göstərilib. Yol qəzasının təfərrüatlarını Binəqədi polisi araşdırır. İlkin ehtimal olaraq, qəzaya səbəb kimi "Hyundai" markalı avtomobilin sürücüsünün dairədə hərəkət üstünlüyünə sahib olan "Mercedes" markalı avtomobilə yol verməməsi göstərilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man