Qəzəbli sürücü ona cərimə yazan polisi yaraladı – VİDEO

İctimai nəqliyyat 08 İyul 2019 | 15:54
OXUNUB: 1752

ABŞ-da yük avtomobilini idarə edən sürücü ona cərimə yazan polisin boynuna vintaçan sancaraq yaralayıb. Unikal.org xəbər verir ki, ABŞ-ın Ohayo ştatında meydana gələn hadisədə yük maşınlarının girişinin qadağan olduğu əraziyə girən 32 yaşlı sürücü onu saxlayaraq cərimə yazan 37 yaşlı polis məmurunun boynuna vintaçan sancıb. Görüntülərdə polisin yük maşınının yanına gedərək sürücüyə sənədlərini geri qaytardığı və girməsinin qadağan olduğu əraziyə girdiyi üçün cərimə yazdığını söylədiyi eşidilib.

Bu zaman polisin verdiyi sənədlərə baxan sürücü yük maşınında olan vintaçanı götürərək polisə hücum edib. Polis isə sürücünü vuraraq zərərsiz hala gətirib.

ABŞ mediası polis məmurunun boynundan yaralandığını, sağlamlıq vəziyyətinin yaxşı olduğunu qeyd edərkən, sürücünün hadisə yerində öldüyünü bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man