Sabirabad rayonunda baş verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onlar Sabirabad rayon sakinləri, 1957-ci il təvəllüdlü Kazımov Lazım Hüseyn oğlu, 2002-ci il təvəllüdlü Qədirov Səmid İlqar oğlu, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlu, Şirvan şəhər sakinəri, 2001-ci il təvəllüdlü Qarayev Ramal İlham oğlu, 2005-ci il təvəllüdlü Qədirov Rəşad Emin oğlu və 1987-ci il təvəllüdlü Baxşıyev İlkin Əli oğludur. Dilqəm Vəliyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, digər xəsarət alanlar ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib. Faktla bağlı araşdırma aparılır.
***22:00
Sabirabad rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Şıxsalahlı kənd ərazisində baş verib. İlkin məlumata görə, “Qaz-31” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan biri, Sabirabad rayonunun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlu ciddi xəsarət aldığından Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man