Toxtaq olaq, Ermənistanda da yaltaqlıq var, amma.
Ermənistanın "eşşək” ləqəbi ilə tanınan "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan parlamentə hər gəlişində həmin partiyanın üzvləri olan deputatlar tərəfindən xüsusi bir ritualla qarşılanır.
Erməni saytlarından birinin yaydığı məlumata görə, vəzifəli, həm də varlı-hallı "eşşəy”i həyətdə, parlamentin girişində qarşılayan deputatlar onu qucaqlayıb, bağırlarına basıb öpdükdən sonra hay-küylə düz otağına qədər müşayiət edirlər.
Erməni jurnalistlər bu məddahlıq ritualının bir hissəsini lentə alıblar.
Xatırladaq ki, "eşşək” ləqəbi ilə tanınsa da, biznesmen, oliqarx olan Qaqik Sarukyanın Qarabağ erməniləri arasında da böyük nüfuzu var. Çünki həm Azərbaycan torpaqlarının məskunlaşdırılması, həm də işğalçı ordunun güclənməsi üçün mütəmadi yardımlar edir. Eyni zamanda o, Robert Köçəryanla iş ortağıdır...Moderator