Amerikanın “Mayami Dolfins” futbol klubunun müdafiəçisi Kendrik Norton idarə etdiyi avtomobillə yol qəsasına düşüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə idman agenti Malki Kava özünün özünün “Twitter” səhifəsində bildirib.
Qeyd edilir ki, onun idarə etdiyi “Ford F250” markalı avtomobil Mayami yaxınlığında beton maneəyə çırpılıb. Nəticədə sürücü ağır xəsarət alıb.
Mayami-Deydin yanğınsöndürənləri 22 yaşlı Nortonu xəstəxanaya çatdırıblar və ona tibbi yadım göstərilib. Lakin çoxsaylı bədən xəsarətləri almış futbolçunun sol əlini amputasiya etmək lazım gəlib. Kendrik Norton 2018-ci ilin dekabrından “Mayami Dolfins”də çıxış edirdi.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man