Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Nəvahı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı Bakı şəhər sakinləri, bir ailənin üzvləri - 1982-ci il təvəllüdlü Qasımova Ülkər Zahir qızı, 2009-cu il təvəllüdlü Qasımova Məleykə Bayram qızı və 2005-ci il təvəllüdlü Qasımov Nurlan Bayram oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man