Sərxoş sürücü şirkət maşını ilə qəza törətdi, sonrada sükan arxasında yatdı - FOTO

Yol qəzaları 04 İyul 2019 | 16:00
OXUNUB: 800

İstanbulda həddindən artıq sərxoş olan sürücü avtomobili ilə əvvəlcə park edilmiş nəqliyyat vasitələrinə çırpılıb daha sonra da sükan arxasında yatıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyulun 3-ü axşam saatlarında Kağıthane rayonunda qeydə alınıb.

Məlumata görə, Məsud Sarıgöl 34 JU 9773 dövlət qeydiyyat nişanlı avtomobili ilə qaldığı məhəlləyə gəlib. Həddindən artıq sərxoş olduğu deyilən Sarıgöl Həmidiyə məhəlləsi Xəndək küçəsində park vəziyyətində olan bir neçə avtomobilə çırpılaraq bir müddət irəlilədikdən sonra küçənin ortasında dayanaraq sükan arxasında mürgüləməyə başlayıb.

Avtomobilə yaxınlaşan məhəllə sakinləri ilk olaraq Sarıgölü oyandırmağa çalışıblar.

Lakin, nə etsələr də buna nail ola bilməyiblər.

Sakinlərin çağırışı ilə hadisə yerinə polis və səhiyyə əməkdaşları gəlib.

Səhiyyə əməkdaşlarının göstərdiyi ilkin tibbi yardımdan sonra Sarıgöl ayılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Sarıgölün idarə etdiyi avtomobil işlədiyi şirkətə məxsus olduğu məlum olub.

Polis araşdırmalara başlayıb.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man