Türkiyənin Ağsaray vilayətində sərnişin avtobusunun aşması nəticəsində 41 nəfər xəsarət alıb.
Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyulun 4-ü Ağsaray-Ankara magistral yolunun 57-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, Şırnakın Cizrə rayonundan İstanbula gedən - Ömər Fərruxun idarə etdiyi 73 DK 446 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində avtobusda olan 41 nəfər yaralanıb və hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.
Onların sağlamlıqlarının normal olduğu bildirilib.
Polis araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man