Yol polisi maşınla xaricə gedən vətəndaşlara müraciət edib - YENİLİK

İctimai nəqliyyat 04 İyul 2019 | 14:20
OXUNUB: 2673

Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələri ilə ölkə xaricinə səfər edən vətəndaşlara müraciət edib. İdarədən Avtosfer.az-a bildiriblər ki, Gürcüstanın və Bolqarıstanın yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib. Əsasən yol hərəkəti qaydalarının pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökumətinin 2019-cu il 1 iyul tarixli 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus (htt://www.api.bg/index.php/en) veb-səhifəsi vasitəsilə daha ətraflı məlumat ala bilərlər.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man