Ziya Bünyadov prospektində qayda pozan taksi sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, üzərində *5000 şirkətinə məxsus olan taksi nişanı olan 90 PE 852 dövlət nömrə nişanlı avtomobilin sürücüsü manevr qaydalarını kobud şəkildə pozaraq təhlükə yaradır.
Belə ki, sağdan ötmə etməklə yanaşı təhlükəsizlik adacığına da çıxan sürücü yolayrıcının sonundan sola dönməyə çalışır. Həmçinin nişanın tələbini pozan sürücü dönmə işıqlarından da istifadə etmir.
Ümumilikdə bir neçə saniyədə 3 qayda pozuntusunu ardıcıl törədir. Ümid edirik ki, DYP sürücünü aşkarlayaraq barəsində müvafiq qaydada tədbir görəcək.
Videonu təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man