Cəriməni ödəməyən sürücülərə bəd xəbər: DYP hərəkətə keçdi - DİQQƏT

İctimai nəqliyyat 03 İyul 2019 | 15:06
OXUNUB: 2815

Son günlər yol polisinin yerli şöbələri cərimələri uzun müddət ödəməyən sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görməyə başlayıb. Avtosfer.az xəbər verir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmələrə, eləcə də sürücülərin özlərinə bildiriş və müraciətlər göndərilir. Bu müraciətlərin mahiyyəti təyin olunmuş cərimələrini vaxtında ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması, eləcə də nəqliyyat vasitələrinin saxlanılması barədədir.

Belə ki DYP-nin rayon şöbələri ərazi üzrə qeydiyyatda olan sürücülər barəsində məlumatları araşdırır, iki ay ərzində cəriməni ödəməyən sürücülər barəsində avtomobilin saxlanılması qərarı çıxarılır. Bununla bağlı onlara bildiriş göndərilir. Digər tərəfdən cəriməni 3 ay və daha artıq vaxt ərzində ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması barədə məhkəmələrə müraciətlər olunur. Artıq son bir neçə gündə yüzlərlə sürücü barəsində sürücülük hüququnun məhdudlaşdırılması qərarı çıxarılıb. Həmçinin xeyli sayda nəqliyyat vasitələrinin saxlanılması barədə bildiriş göndərilməklə qərar qəbul olunub.

Avtosfer.az saytı olaraq sürücülərə bir daha müraciət edir və diqqətə çatdırırıq ki, cərimələri vaxtında ödəsinlər. Əks halda sürücülük hüququ məhdudlaşdırıla, avtomobil saxlanılaraq cərimə meydançasına yerləşdirilə bilər.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man