“Yol polisinin gənc köməkçisi” dəstəsi Baş DYP İdarəsinə ekskursiya ediblər - FOTO

İctimai nəqliyyat 03 İyul 2019 | 12:26
OXUNUB: 1330

Ölkəmizi Belarusiyanın Bobruysk şəhərində keçirilmiş “Gənc Yol Hərəkəti İnspektorları”nın 47-ci toplantısında layiqincə təmsil edərək birincilik əldə edən “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvləri DİN-in Baş Dövət Yol Polisi İdarəsinə ekskursiya ediblər. Qaliblərin Baş DYP İdarəsinə ekskursiyası, «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Daxili İşlər və Təhsil nazirliklərinin birgə həyata keçirdikləri “Yol Polisimizlə bir gün” adlı layihə çərçivəsində baş tutub.
Ekskursiyanın keçirilməsində əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir.
Təşkilatçılar tərəfindən ayrılmış avtomobillərdə DİN-in Baş DYP İdarəsinin inzibati binasına gələn “Yol polisinin gənc köməkçisi” dəstəsinin üzvlərinə ilk növbədə binanın struktur quruluşu, konfrans zalı, patrul avtomobilləri, xüsusi texniki vasitələr nümayiş olunub. Daha sonra ekskursiyaçılara Baş DYP İdarəsinin iş fəaliyyətini, o cümlədən Operativ Müşahidə Mərkəzinin, Növbətçi hissənin iş prosesini canlı izləmək imkanı yaradılıb.
Tədbir zamanı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən qaliblərin çoxsaylı sualları cavablandırılıb və onlara müxtəlif hədiyyələr təqdim olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man