Texniki baxışa getməyən 100 minə yaxın sürücüyə - cərimə yazıldı

İctimai nəqliyyat 02 İyul 2019 | 14:34
OXUNUB: 1029

“2019-cu il yanvarın 1-dən iyunun 30-na kimi avtomobilini texniki baxışdan keçirmədiyinə görə 96666 sürücüyə elektron protokol tərtib olunub”. Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev məlumat verib. Rüfət Quliyev bildirib ki, hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. “İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarəetməyə görə sürücülər 50 manat miqdarında cərimə olunur. Hər-hansı sürücü inzibati məsuliyyətə cəlb olunduqdan sonra 20 gün müddətində avtomobili texniki baxışdan keçirməzsə yenidən inzibati məsuliyyətə cəlb olunacaq. Sürücülər avtomobillərinin texniki baxışdan keçmə vaxtını elekton kabinetlərindən əldə edə bilərlər”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man