Moskva polisi evuakuator xidmətindən istifadə edərək avtomobil qaçıran şəxsi yaxalayıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, araşdırma zamanı oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 36 yaşlı Ramenskiy rayon sakini olduğu məlum olub. Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Tatyana Petrova məlumat verib. Məlumata görə, cinayətkar şosedə yerləşən evlərin birinin qarşısına evuakuator çağırıb.
Çağırılan ünvana gələn xidmət əməkdaşları yol kənarına park edilmiş maşını evuakuatora yükləyərək cinayətkarın göstərdiyi yerə aparıblar. Dəymiş ümumi zərər 500 min rubldan çox təşkil edib.
Tatyana Petrova bildirib ki, polis əməkdaşları ərazidə yerləşən müşahidə kamerasını araşdırdıqdan sonra, şübhəlinin yaşadığı yeri müəyyənləşdirərək onu evində aşkarlayaraq tutublar. Şübhəli ilkin dindirmə zamanı deyib ki, o bunun üçün sifariş alıb. Hadisədən sonra qaçırdığı maşını Dəmiryolu qəsəbəsinə gətirib və orda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Polis digər şəxslərin axtarışların başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man