Xoyskidən Vilayət Eyvazova qədər…101 yaşlı polisimiz

İctimai nəqliyyat 02 İyul 2019 | 10:11
OXUNUB: 2171

2 iyul Azərbaycanda polis günüdür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi də yaradılıb. İlk daxili işlər naziri Fətəli Xan Xoyski olub. 1918-ci il iyulun 2-də isə milli hökumətin qərarı ilə də Gəncə şəhərində ilk polis orqanları yaradılıb. Avtosfer.az Azərbaycanın Daxili İşlər Nazirləri olmuş şəxslər haqqında məlumatı təqdim edir:

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri:

1. Fətəli Xan İsgəndərxan oğlu Xoyski (28 may 1918 - 17 iyun 1918)

2. Cavanşir Behbud xan Azad xan oğlu (17 iyun 1918 - 26 dekabr 1918)

3. Xasməmmədov Xəlil bəy (26 dekabr 1918- 16 iyun 1919)

4. Yusifbəyli Nəsib bəy Yusif oğlu (16 iyun 1919- 22 dekabr 1919)

5. Hacınski Məmmədhəsən Cəfərqulu oğlu (22 dekabr 1919- 15 fevral 1920)

6. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (15 fevral 1920- 28 aprel 1920)

Cümhuriyyətin süqutundan sonra nazirlik uzun müddət – müstəqilliyimiz bərpa edilənə kimi SSRİ-nin tabeliyinə olub.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Daxili İşlər Nazirliyi də keçmiş SSRİ-nin tabeliyindən çıxaraq müstəqil dövlətin tərkibində fəaliyyət göstərməyə başlayıb. 
Artıq 21 ildir müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik və asayişin qorunması naminə fəaliyyət göstərməkdədir. 
Zaman-zaman qurumun rəhbərliyinə müxətlif təyinatlar olub. Müstəqil Azərbaycanda indiyədək 7 daxili işlər nazirinin təyinatı həyata keçirilib. Onlar kimlərdir? Hansı işləri görüblər  və hazırda haradadırlar?

Məhəmməd Nəbi oğlu Əsədov müstəqil Azərbaycan Respublikasının ilk daxili işlər naziridir. 1941-ci il dekabrın 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olan M.Əsədov 1990-cı ilin may ayında daxili şlər naziri vəzifəsinə təyin edilib. Mərhum nazir müstəqillikdən sonra yalnız 1 ay bu postda qala bilib. (23.05.1990 – 18.11.1991).
M.Əsədov 1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Ağdam rayonunda ermənilər tərəfindən vertolyotun vurulması zamanı dünyasını dəyişib.

Məhəmməd Əsədovun faciəli ölümündən sonra onun yerinə Tofiq Mirzə oğlu Kərimov nazir təyin edilib. Lakin T.Kərimov da daxili işlər naziri olaraq cəmi 3 ay fəaliyyət göstərə bilib. (18.11.1991 – 20.02.1992).

Sonra bu vəzifəyə Tahir Yunus oğlu Əliyev təyinat alıb. Əslən Qubadlı rayonunun Cılfır kəndindən olan T.Əliyev 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. T.Əliyevin də nazir kimi fəaliyyəti 3 ay davam edib. Daha sonra prezidentin sərəncamı ilə o, Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. Hazırda ehtiyatda olan generaldır. (24.02.1992 – 25.05.1992)

Həmidov İsgəndər Məcid oğlu  müstəqil Azərbaycanın 4-cü daxili işlər naziridir. 1948-ci ildə Kəlbəcər rayonunda anadan olan İ.Həmidov  1992-ci il 16 may tarixindən 1993-cü ilin aprelin 16-dək  daxili işlər naziri vəzifəsində çalışıb. (26.05.1992 – 16.04.1993).

Allahverdiyev Abdulla Museyib oğlu nazir olaraq 2 ay fəaliyyət göstərə bilib. A.Allahverdiyev  1993-cü ilin aprelin 21-dən iyunun 25-dək Azərbaycanın daxili işlər naziri olub. (21.04.1993 – 25.06.1993).

Bir ay sonra isə Novruzov Vaqif Yusif oğlu nazir təyin edilib. V.Novruzov 1994-cü ilin aprelin 29-da postunu təhvil verib. (07.07.1993 – 29.04.1994).

Ramil İdris oğlu Usubov müstəqil Azərbaycanın sayca yeddinci daxili işlər naziridir. R.Usubov 1994-cü ilin aprelin 19-dan bu vəzifəyə təyin olunub.

O, 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Nazir təyinatınadək müxtəlif vəzifələrdə çalışıb. 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş, və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin olunub.

Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunmuşdur. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı, 2019-cu ilin iyun ayının 27-də general-polkovnik ali hərbi rütbəsi verilib. 

20 İyun 2019-cu ildə Prezidentin sərəncamı ilə Daxili İşlər Naziri təyin edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man