Yol polisləri yolda qalan sürücüyə belə kömək edib - FOTO

İctimai nəqliyyat 02 İyul 2019 | 14:42
OXUNUB: 2168

Göyçay rayon sakini Sadiq Mayılov Avtosfer.az-a müraciət edərək ona yolda qaldığı zaman kömək edən yol polisi əməkdaşlarına təşəkkürlərini çatdırıb. S. Mayılov deyir ki, Bakıdan Göyçay istiqamətində hərəkətdə olarkən idarə etdiyi 23 BG 200 dövlət nömrə nişanlı avtomobilində nasazlıq yaranıb. Bu zaman ərazisində xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları (Müşfiqabad postu)  Fariz Hümbətov və Kənan Süleymanov ona yaxınlaşaraq kömək ediblər. Evakuator çağıran YPX əməkdaşları avtomobili təmir yerinə aparıblar. Nasazlıq aradan qalxana qədər sürücünü tək qoymayıblar. "Bu addıma görə başda tağım komandiri Mərdan Mehdiyev olmaqla Kənan və Süleyman adlı polis əməkdaşlarına təşəkkür edirəm."

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man