Avtomobil körpüyə çırpıldı: iki hissəyə bölündü - FOTO

Yol qəzaları 01 İyul 2019 | 08:25
OXUNUB: 917

Türkiyənin Kütahya vilayətində baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Çovdarhisar-Kütahya yolunun Bara Körpüsü istiqamətində qeydə alınıb.

Məlumata görə, İzmirin Aliağa rayonunda yaxınlarının toyundan Əskişəhərə qayıdan Ərkan Ərtunç idarə etdiyi 26 UP 586 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq körpünün təhlükəsizlik səddinə çırpılıb.

Qəzanın şiddətindən maşın iki hissəyə bölünüb.

Nəticədə sürücü Ərkan Ərtunç və Xədicə Ərtunç hadisə yerində keçiniblər. Ağır yaralanan Zuhal Ərtunc, uşaqları Egehan Ərtunc və Eray Ərtunc təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man