ABŞ-da yüngül iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyunun 30-u səhər saatlarında Texas ştatının Dallas dairəsinin Eddison şəhərində qeydə alınıb. Bu barədə yerli “CBS DFW” telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə aeroportun anqarına çırpılıb. Bundan sonra o yanıb.
Şəhərin ictimaiyyətlə əlaqələr direktoru Meri Rozenblit bildirilir ki, hadisə nəticəsində təyyarədə olan insanların heç biri sağ qalmayıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man