Şirvanda “07” sürən əlil sürücü yol polisini belə vurdu – REAL VİDEO

İctimai nəqliyyat 01 İyul 2019 | 07:39
OXUNUB: 5877

Şirvan şəhərində Yol Patrul Xidməti (YPX) əməkdaşını “VAZ 2107” markalı avtomobil vurub. AzEuroNews.com xəbər verir ki, hadisə bir neçə saat əvvəl Şirvan şəhəri, “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, ərazidə baş verən qəzanın fotosunu çəkmək üçün hadisə yerinə gələn YPX-nin 1988-ci il təvəllüdlü əməkdaşı Babayev Toğrul Ağasəfər oğlunu yoldan keçən “VAZ 2107” markalı avtomobil vurub. Dərhal xəstəxanayana çatdırılan polis əməkdaşına müdaxilə edilib. Vəziyyəti ağır olan polis əməkdaşı paytaxt Bakıya gətirilib.

Şirvan şəhər Polis Şöbəsindən verilən məlumata görə, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşını vuran “VAZ 2107” markalı avtomobilin sürücüsü, Salyan rayonu 2-ci Varlı kənd sakini, Heydərov Emil Bəylər oğlu saxlanılıb. İlkin araşdırma zamanı onun əlil olduğu və sürücülük vəziqəsinin olmadığı müəyyən edilib. 

Hazırda Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Hadisə yerində yol qəzasının baş vermə səbəblərini aydınlaşdırarkən Salyan rayonu 2-ci Varlı kənd sakini, Heydərov Emil Bəylər oğlunun idarə etdiyi 52 BX 773 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil tərəfindən vurulan Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı 1988-ci il təvəllüdlü BabayevToğrul Ağasəfər oğluna reanimasion tədbirlər görülüdükdən sonra vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb. Hadisəni törədən sürücünün əlil olduğu və sürücülük hüququnun olmadığı bildirilir.

Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.

** 23:19

Şirvan şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə gələn Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Babayev Toğrul 52 BK 773 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Polis əməkdaşı ağır vəziyyətdə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sonuncu hadisəni törədən sürücünün əlil olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man