Yolun ortasında xarab olub dayanmış "Mercedes" belə vuruldu - Bakıda - VİDEO

Nəqliyyat TV 29 İyun 2019 | 11:39
OXUNUB: 6777

Heydər Əliyev prospektində, Bakı Olimpiya stadionunun qarşısında baş verən qəza kameraya düşüb. Avtosfer.az xəbər verir ki, “Mercedes” markalı avtomobil yüksəksürətli yolun ortasında xarab olub. Sürücü kapotu açaraq maşını təmir etməyə çalışır. Bu zaman yüksək sürətlə gələn yük maşını dayanmış avtomobili vurur. Sürücü son anda maşının yanından qaçaraq həyatını xilas edir.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, yolda avtomobil xarab olan zaman mütləq təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. “Bəzən “üçbucaq” adlandırdığımız xəbərdarlıq edən portativ nişanı maşında saxlamırlar. Bu cür anlarda bu nişan çox önəmlidir. Maraqlıdır ki, əksər “Mercedes” markalı maşınlarda bu nişan yük yerində olur. Sadəcə yük yerini açmaqla xəbətdaredici nişan görünür. Sürücü isə təhlükəsizlik qaydalarına tam əməl etmədiyi üçün bu hadisə ilə qarşılaşır.”

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man