Şir-Lankada avtobusun dərəyə yuvarlanması nəticəsində azı 28 nəfər xəsarət alıb.
Avtosfer.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, insident Kolombo şəhərinin şərqindən 78 kilometr aralıda qeydə alınıb.
İlkin məlumata görə, qəzaya sürücünün sükan idarəetməsini itirməsi səbəbindən baş verib.
Qeyd edilir ki, uçurumun hündürlüyü təxminən 15 metr olub.
Yaralılar xəstəxanalara aparılıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man