Keçidin üstünü qoyub altından keçən piyadalar yol polisinə belə yaxalandı - FOTO-VİDEO

İctimai nəqliyyat 27 İyun 2019 | 15:44
OXUNUB: 2102

Baş Dövlət Yol Polisi İdarəsinin təbliğat xidmətinin əməkdaşları tərəfindən avtomobil yolunu nəzərdə tutulmamış yerlərdən keçən, yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən piyadalara qarşı növbəti dəfə maarifləndirmə tədbiri həyata keçirilib. Belə ki, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Bakı-Sumqayıt şossesində və Bakı şəhərinin müxtəlif küçə və prospektlərində keçirilən tədbirlər zamanı piyada təhlükəsizliyinin təmin edilməsi, mövcud piyada keçidlərindən səmərəli istifadə olunması, yol hərəkəti təhlükəsizliyinin təbliğində hərəkət iştirakçılarının özlərinin aktiv iştirakçıya çevrilməsinin təbliği tədbirin əsas leytmotivini təşkil edib.
Tədbir zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadalar DYP əməkdaşları tərəfindən saxlanılıb, barələrində inzibati məsuliyyət tədbirləri tətbiq edilməklə yanaşı hər biri ilə maarifləndirici söhbətlər aparılıb, onlara yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə müfəssəl məlumat verilmişdir. Yerüstü piyada keçidlərindən istifadə etməyən əsasən yaşlı piyadaların yolu təhlükəsiz şəraitdə keçmələri üçün YPX əməkdaşları tərəfindən adekvat tədbirlər görülüb.
«Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq piyadaların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Elməddin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man