Azərbaycana avtomobil idxalı artıb

Nəqliyyat xəbərləri 27 İyun 2019 | 08:06
OXUNUB: 816

2019-cu ilin yanvar-may aylarında Azərbaycana 15 585 avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən də çoxdur. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. Bu ilin ilk beş ayı ərzində 14 170 minik maşını idaxl edilib. Bu rəqəm 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,2 dəfə çoxdur. İdxal olunan 10 və daha çox sərnişin daşıyan nəqliyyat vasitələrinin sayı 70-ə bərabər olub. Bundan başqa, 1274 yük maşını (71,5 faiz artım), 71 xüsusi təyinatlı nəqliyyat vasitəsi idxal olunub.

İdxal həcminin ümumi məbləğinə gəldikdə isə, hesabat dövründə idaxl olunan nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin dəyəri 451,97 milyon dollar təşkil edib ki, bu da ötən ilin ilk beş ayı ilə müqayisədə təxminən 51 faiz çoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man