ABŞ-da, rəqəmsal lotereyadan 1,5 milyard dollar məbləğində uduş olub.
Sfera.az xəbər verir ki, adını açıqlamaq istəməyən yeni milyarder bu uduş üçün dostuna minnətdar olduğunu açıqlayıb.
”Mən "Mega Millions" kuponunun almaq üçün olduğum sırada öz yerimi dostuma verdim. O, məndən öncə kuponu aldı. Daha sonra mən kupon aldım. Həmin kuponla 1.5 milyard dollar qazandım.” Adı açıqlanmayan Kaliforniya ştatının sakini bu pulu birdəfəlik alsa yalnız 877 milyon dollar ala biləcək.