Nərimanov rayonunda avtomobil piyadanı vuraraq qaçıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə ATU-nun Onkoloji Klinikasının yaxınlığında baş verib. Naməlum avtomobil 1996-cı il təvəllüdlü Hüseynzadə Heydər Şakir oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona sol qolun əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man