Bakıda ağır yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Əsgərova Sahibət İsax qızı idarə etdiy "Hyundai Santa Fe" markalı 99 FF 244 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Zərifə Əliyeva 25 saylı ünvanın qarşısındakı işıqforun dirəyinə çırpılıb. Sürət həddi yüksək olduğundan avtomobil işıqforun dirəyini qıraraq yaxınlıqdakı çinar ağacına dəyib. Hadisə nəticəsində sərnişin, 1978-ci il təvəllüdlü Abbaslı Könül Əhməd qızı hadisə yerində dünyasını dəyişib, sürücü və digər iki sərnişin - 1981-ci il təvəllüdlü Əliyeva Adilə Nazim qızı və 2004-cü il təvəllüdlü İslamova Nərmin Eldəniz qızı ağır bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man