Banqladeşdə sərnişin qatarının relsdən çıxması nəticəsində azı 5 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Maulvibazar əyalətində qeydə alınıb. Bu barədə yerli “Daily Star” nəşri məlumat yayıb.
Məlumata görə, Silhetadan paytaxt Dəkkəyə gedən “Upaban Express” qatarının bir neçə vaqonu körpüdə relsdən çıxaraq su kanalına aşıb.
Qəza yerinə 13 yanğınsöndürən maşını və 5 təcili tibbi yardım avtomobili cəlb edilib.
Həlak olanların meyitləri kanaldan çıxarılıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Polis insidentin baş vermə səbəblərini araşdırır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man