Türkiyənin Antalya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Konya-Antalya trasının Akseki rayonunda qeydə alınıb.
Məlumata görə, qəzaya avtobusun yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxması olub. Nəticədə 5-i uşaq olmaqla 25 nəfər xəsarət alıb.
Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.
Onlardan dördünün vəziyyəti ağır olduğu bildirilib.
Polis araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man