Şotlandiyadan olan Atoll Mille genetik xəstəlik üzündən gülə bilmir.
Sfera.az rus mediasına istinadən xəbər verir ki, 24 yaşlı gəncə mukovisidoz diaqnozu qoyulub.
Xəstəlik nəfəs orqanlarının pozulması, xarici sekresiyalarda dəmir çatışmazlığı və mədə bağırsaq traktıyla müşayət olunur.
Atollun anasına həkimlər hamiləliyə son qoymağı təklif ediblər. Amma ana imtina edib. Uşaq doğulan kimi beş saatlıq əməliyyata məruz qalıb. Daha sonraları Mille bir neçə cərrahiyə əməliyyatlar keçirib. Buna baxmayaraq o, görünüşünə görə daima atmacalarla qarşılaşıb. Bütün bunlar onu özünə qapanmağa vadar edib. Lakin 2011-ci ildə özünə "Youtube” kanalı açaraq həyat hekayələrini danışıb. Onun sözlərinə görə, bundan sonra özünə inam yaranıb.