Futbolda qaydalar dəyişdi

04 Mart 2019 | 19:30
OXUNUB: 4321
Beynəlxalq Futbol Assosiasiyaları Şurası futbol qaydalarına dəyişiklik edib.
 
Sfera.az bildirir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
 
Birinci dəyişiklik topun ələ toxunması ilə əlaqədardır. Futbolçu topu rəqib qapıya ötürəndə topun ələ toxunduğu (bilərəkdən və bilməyərəkdən) təqdirdə bu, qayda pozuntusu hesab olunacaq və qol sayılmayacaq.

İkincisi, əvəz olunmuş futbolçunun meydanı tərk etmək üçün artıq ehtiyat oyunçuların olduğu tərəfə doğru irəliləməsinə ehtiyac qalmayacaq. Oyunçu artıq meydanı ona yaxın olan hissəsindən tərk edəcək.

Üçüncüsü, hücuma keçən komandanın futbolçularının cərimə zərbələri zaman rəqib komandanın qurduğu divarda yer almasına icazə verilməyəcək. Habelə onların ayrıca divar qurmasına hər hansı məhdudiyyət qoyulmayacaq.

Dördüncü dəyişiklik 11 metrlik cərimə zərbəsinə aiddir. Bundan sonra zərbə anında qapıçının hər iki ayağının qapı xəttində olması vacib şərt olmayacaq. Belə ki, onun bir ayağının xətt üzərində olması kifayət edəcək.

Beşincisi,  intizam qaydalarını pozan və digər pozuntulara yol verən məşqçilərə sarı və  qırmızı kartların verilməsi ilə bağlı keçmiş təcrübə bərpa olunacaq. Bundan başqa, top hakimə toxunduqda, əvvəlki kimi, oyun davam etməyəcək.  Belə vəziyyətlərdə mübahisəli top təyin olunacaq.

Qeyd edək ki, dəyişikliklər 2019-cu ildə qüvvəyə minəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man