İsraildə "Eurovision"a bilet satışı dayandırıldı

04 Mart 2019 | 19:21
OXUNUB: 3586
İsraildə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsi üçün bilet satışı dayandırılıb.

Sfera.az xəbər verir ki, bu barədə İsrailin "Doqquzuncu kanal"ı məlumat verib.

Məlumata görə, bu il mayın 14-18-də Təl-Əvivdə keçiriləcək müsabiqə üçün biletlərin satışının müvəqqəti dayandırılması barədə qərarı müsabiqənin keçirilməsinə məsul olan İsrailin İctimai Yayım Korporasiyası qəbul edib. 

"Səbəb bilet satışı zamanı ən yaxşı yerlərin mədəniyyət və idman elitasının nümayəndələrinə qismət olmasında və tənzimləyici orqanların bundan şübhələnməsindədir", - kanal bildirib.

Telekanalın məlumatına görə, satışına bu il fevralın 28-də başlanan və satışı dayandırıldıqdan sonra sosial şəbəkələrdə biletlərin qiyməti təyin olunandan 2,5 dəfə baha satışa qoyulub.

İsrailin daxili təhlükəsizlik naziri Qilad Erdan hüquq-mühafizə orqanlarına spekulyantlara qarşı təcili tədbirlər görməyi tapşırıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man