Bakıda Rusiya vətəndaşı ölümlə nəticələnən qəza törədib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə dünən axsam saat 22 radələrində Bilgəh-Nardaran şosesində qeydə alınıb. Rusiya vətəndaşı Spiridonov Anton Vladimeroviçin idarə etdiyi H-186 AM dövlət nişanlı “Audi A6” markalı avtomobil piyada, 1961-ci il təvəllüdlü Radiyə Əhmədovanı vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadın orada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələn yol nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man