Qazaxıstanın Akmola vilayətində “AN-2” təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb, uçuş heyətinin 2 üzvü isə yaralanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitənin nümayəndəsi Nursultan Nuraxmetov bildirib. Onun sözlərinə görə, hadisə iyunun 20-də səhər saatlarında Akmola vilayəti Selinoqrad rayonunun Rodina kəndinin 10 km-liyində baş verib. Yaralılar hospitala yerləşdiriliblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man