Bakı-Qazax yolunda 3 mikroavtobus qəzaya düşüb

Yol qəzaları 20 İyun 2019 | 07:37
OXUNUB: 541

Bakı-Qazax yolunda baş vermiş iki ayrı qəza nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, mikroavtobusla "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində "VAZ"da olan sərnişin - 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Elgiz Şirinov xəsarət alıb. İki mikroavtobusun toqquşması nəticəsində xəsarət alanalar isə 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Alek Sərxanov və 1968-ci il təvəllüdlü Qazax rayon sakini Fariz Carçıyevdir. Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, iki mikroavtobusun toqquşmasına onlardan birinin sürücüsünün avtobusu yol kənarında saxlayaraq, həmin yerdə baş vermiş birinci qəzaya baxması səbəb olub. Bu zaman arxadan gələn digər mikroavtobus ona çırpılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

***01:13

Bakı-Qazax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Yolunun "Stansiya Goran" ərazisindən keçən hissəsində mikroavtobusla "VAZ-2106" markalı maşın toqquşub. Nəticədə "VAZ"da olan bir sərnişin xəsarət alıb. Qəzadan bir müddət sonra həmin ərazidə daha 2 mikroavtobus toqquşub. İkinci qəzada isə 2 nəfər xəsarət alıb. Hər 3 xəsarət alan şəxs xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man