Ermənistanda sabiq prezident Serj Sarkisyanın "məxməri inqilab” nəticəsində istefa verdiyi 23 aprel tarixi "Vətəndaş Günü” elan edilərək, milli bayram kimi qeyd olunacaq.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu "Jamanak” qəzeti məlumat yayıb. Bildirilib ki, 23 aprel həm də qeyri-iş günü olacaq.
"Bu təşəbbüs gələn həftənin cümə axşamı hökumətin növbəti iclasında müzakirə olunacaq və təsdiqlənəcək ki, 23 aprelədək parlament tərəfindən də qəbul olunsun və tezlikəl qüvvəyə minərək bayram kimi qeyd edilsin” – qəzet yazıb.
Azvision.az