Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 1954-cü il təvəllüdlü Bəybala Rəhim oğlu Qasımov yolu keçmək istəyən zaman minik avtomobili ilə vurulub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Qəzanı törədən sürücünün şəxsiyyəti hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man