Hindistanda “Avtobus Günü”nü qeyd edən tələbələr ölümlə üz-üzə qalıblar. Avtosfer.az xəbər verir ki, insident Çennayi şəhərində qeydə alınıb.
Məlumata görə, azı 30 tələbə “Avtobus Günü”nü qeyd etmək üçün avtobusun üstünə çıxıblar. Tələbələr avtobusun üzərində şüarlar səsləndirərək şəhərin tıxaclı yolunda irəliləyiblər.
Bir anda sürücünün əyləci basması ilə tələblər avtobusun üstündən asfalta çırpılıblar.
Ətrafdakı insanlar avtobusun altında sıxışan tələblərin köməyinə qaçıblar.
Özlərini və sərnişinlərin həyatını təhlükəyə atan 20 universitet tələbəsi polis tərəfindən həbs olunub.
Avtosfer.az İHA-ya istinadən baş verən hadisənin videosunu təqdim edir:
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man