"Rossiya-24” telekanalından Azərbaycana qarşı təxribat - VİDEO

01 Mart 2019 | 15:00
OXUNUB: 3155
Rusiyanın "Russia-24” dövlət kanalı ermənilərin qondarma "Sumqayıt qətliyamı” ilə bağlı reportaj verib.

Reportajda "soyqırımdan qurtulan” şəxslərin xatirələri dinlənilib, onların "qurtuluş mücadiləsi” işıqlandırılıb.

Reportajda qondarma soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə önünə çiçək qoyan, "Sumqayıtda itirdikləri tanış və qohumlarının xatirəsini anan” ermənilərin "iztirabları”na diqqət çəkilib.

Məlumat üçünq eyd edək ki, bu, rus televiziyasında anti-Azərbaycan mahiyyətli ilk veriliş deyil. Rusiyanın müxtəlif televiziya və media qurumları zaman-zaman sırf ermənipərəst mövqedən çıxış edərək ictimaiyyətə ölkəmiz haqqında yalan informasiyalar təqdim edib, Azərbaycanla bağlı həqiqətləri köklü şəkildə təhrif ediblər.

Xatırladaq ki, fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümündə Bakıda olan adıçəkilən telekanalın əməkdaşının hazırladığı reportaj da tamamilə ermənipərəst ovqatda idi və heç bir yerdə qırğının niyə baş verdiyi və kimlər tərəfindən törədildiyi qeyd edilməmişdi. Bu bir daha Moskvanın ikiüzlülüyünü çılpaqlığı ilə ortaya qoydu və ermənipərəst mahiyyətini sübuta yetirdi.Moderator


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man