Ben Ladenin oğlunun başına $1 mln pul qoyuldu - FOTO

01 Mart 2019 | 08:57
OXUNUB: 3169

ABŞ-ın Dövlət Departamenti "Əl-Qaidə” başçılarından olan Həmzə Ben Ladenin harada olduğu haqda məlumat verənə 1 million dollar pul verəcək.

ONA-nın xəbərinə görə, bu haqda informasiyanı Dövlət Departamentinin rəsmi internet səhifəsi yayıb.

"2015-ci ilin avqustundan başlıyaraq o (Ben Laden), internetdə ABŞ və onun müttəfiqlərinə qarşı hücumlar təşkil etməyə çağırır”, - deyə, Dövlət Departamentinin bəyanatında bildirilir. 

Həmzə Ben Laden amerikalı hərbçilər tərəfindən qətlə yetirilən atasının qisasını alacağını dəfələrlə bildirib. O, 2015-ci ildə "Əl-Qaidəyə” qoşulduqdan sonra ABŞ-a qarşı müharibə élan edib.

Vaşinqton belə çağırışların dövlət təhlükəsizliyinə zərbə yetirdiyini bildirir və kiçik Ben Ladenin başına pul mükafatı qoymağa qərar verib.      


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man