Yol polisi isti havalara görə hərəkətə keçdi - FOTO

İctimai nəqliyyat 16 İyun 2019 | 18:31
OXUNUB: 2925

Son günlər havaların isti keçməsi ilə əlaqədar yollarda baş verə biləcək hər hansı yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının şəxsi heyəti sürücülər arasında təbliğat işlərinə başlayıb. Əsas məqsəd sürücülərin sükan arxasında yorğun və yuxulu olması səbəbindən baş verə biləcək qəzaların qarşısını almaqdır. Bu məqsədlə bütün stosionar postlarında sürücülər üçün şərait yaradılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildiriblər ki, stosionar postlarında sürücülər üçün əl-üz yumaq, su içmək və qısamüddətli istirahət etmək üçün şərait yaradılıb. Minik, avtobus, mikroavtobus və yük maşınlarının sürücüləri stosionar postlarında saxlanılır, onların sənədləri yoxlanılır və sürücülərlə yanaşı sərnişinlərə də qısamüddətli istirahət etmək, su içmək və əl-üzünü yumaq təklif olunur. Bununla da uzunmüddətli yola çıxan sürücülərin sükan arxasında yorğun olmasının qarşısı alınır ki, bu da yol qəzaların baş verməməsinə gətirib çıxarır.

Bir çox sürücü və sərnişinlər yol polisinin bu addımını alqışlayıb və onlar üçün yaradılan şəraitdən istifadə etməyə başlayıblar. İdarədən o da bildirilib ki, bu cür tədbirlər bütün yay mövsümü boyu davam etdiriləcək.

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man