Türkiyənin Artvin vilayətində yük maşınının uçuruma yuvarlanması nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.
Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Şavşat-Ardanuç avtomobili yolunun Varyant rayonu keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Bilbilan yaylağına köçən yerli sakinləri daşıyan yük maşınının əyləcində nasazlıq yaranıb və idarəetmədən çıxaraq 250 metrəlik hündürlükdən uçuruma yuvarlanıb.
Qəzada 1 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man