“Nissan” yol polisi avtomobilinə çırpıldı: xəsarət alanlar var - YP 459

İctimai nəqliyyat 15 İyun 2019 | 11:38
OXUNUB: 3017

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Məmmədov İmran Nazim oğlu idarə etdiyi “Nissan” markalı avtomobillə yol ayrıcında “Yol verin” nişanının tələbini pozaraq gözləmədən əsas yola çıxıb. Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsilə Şirin Mirzəyev küçəsi ilə hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus 99 YP 459 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilə çırpılıb. Nəticədə yol patrul xidmətinin inspektoru və “Nissan”ın sürücüsü İ.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man