Babək prospektində, “Köhnə maşın bazarı” adlanan ərazidə yerləşən dairədən şikayət var. Avtosfer.az saytına göndərilən videoda qeyd edilən dairədə sərbəst hərəkətdə ciddi çətinliklər olduğu əks olunub.
Belə ki, Mikayıl Əliyev və Bəkir Çobanzadə küçəsindən gələn nəqliyyat vasitəsələri Babək prospektində yerləşən dairəyə daxil olduqda dairəni keçməkdə çətinlik çəkirlər. Qeyd edək ki, bir neçə il bundan öncə hərəkət üstünlüyü dairədə olsa da, hazırda dairədə 2.4 (yol ver), Babək prospekti istiqamətində isə 2.1 (baş yol) nişanı quraşdırılıb.
Dairəyə daxil olan sürücü məcbur baş yoldan gələn nəqliyyat vasitəsinə yol verməlidir. Lakin, Babək prospektində nəqliyyat o qədər intensivdir ki, dairədə olan nəqliyyat vasitəsi qayda pozamamaqdan ötrü saatlarca baş yoldan gələn avtomobillərə yol verməli, sonra hərəkətini davam etdirməlidir. Bu isə öz növbəsində həmin ərazidə ciddi tıxaca səbəb olur. Çünki, adıçəkilən hər 3 küçədə nəqliyyatın intensiv hərəkəti var və dayanmadan istər dairə, istərsə də Babək prospekti istiqamətində yüzlərlə maşın hərəkət edir. Ən maraqlısı dairədən keçdikdən sonra qarşılaşacağınız mənəzərədir.
Dairəni çətinliklə keçən sürücü bir neçə metr sonra işıqforla qarşılaşır. Hansı ki, svetafor dairdən əvvəl yox sonra qoyulub və daimi olaraq yaşıl yanır. Əslində burada işıqforun olması özü bir müəmmadır. Normalda işıqfor dairədən əvvəl qoyulmalı və dairədə hərəkəti nizamlamaq olardı. Nizamlanma olsaydı istər dairədə hərəkət, istərsə də Babək prospektindən gələn nəqliyyat vasitələrin hərəkəti növbəli təşkil ediləcək və indiki vəziyyətdən qat-qat yaxşı mənzərə alıncaqdı.
Məsələ ilə bağlı Avtosfer.az saytına açıqlama verən Agentliynin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qeyd edilən ərazidəki yaranmış çətinlikdən məlumatları var. “Məslənin həlli ilə bağlı çoxsaylı təkliflər irəli sürülüb. Həmin təkliflər arasında qeyd edilən ərazidə hərəkətin işıqforla tənzimlənməsi üçün artıq razılıq da alınıb. Yaxın günlərdə artıq bu istiqamətdə addımlar atılacaq və ərazidə işıqfor quraşdırılacaq və yaranmış çətinlik aradan qaldırılacaq.”
Rüstəm Cəfərov
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man