"Son zəng"i qeyd edən məzunlar qəzaya düşüb - Lənkəranda

Yol qəzaları 14 İyun 2019 | 23:27
OXUNUB: 837

Lənkəran rayonunda "Son zəng"i qeyd edən məzunlar qəzaya düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzaya səbəb taksi sürücüsünün nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər etməsi olub. Nəticədə M.F.Axundov küçəsi, ev 13 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadə ağır xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan məzuna baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı avtomobildə daha üç məktəblinin olduğu, ancaq onların xəstəxanaya müraciət etmədiyi bildirilir.

A.Həsənzadənin 5 saylı tam orta məktəbin məzunu olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man