Babək prospektində "avtomobil sürən" uşaq - VİDEO

Nəqliyyat TV 13 İyun 2019 | 18:06
OXUNUB: 999

Bəzi sürücülər sükan arxasında uşaqları qucaqlarında əyləşdirib avtomobil idarə edirlər. Ekspertlər bildirir ki, xüsusilə də hərəkətin intensiv olan hissələrində bunu etmək yolverilməzdir. Çünki bu həm qayda pozuntusu, həm də real təhlükədir.

"Report"un təqdim etdiyi videoda 99 RA 790 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü azyaşlını qabaqdakı oturacaqda oturtmaqla qaydanı pozur.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı "Report" açıqlamasında bildirib ki, azyaşlı övladını sükan arxasında əyləşdirən sürücü həm özü, həm ailə üzvləri, həm də digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradır. "Bu düşüncədə olan insanlar guya övladlarını "sevdikləri" üçün analoji hərəkətlər edir. Amma qəza baş verən zaman həmin uşağın yerindəcə öləcəyi qaçılmazdır. 12 yaşına qədər uşaqların hətta xüsusi oturacaqlar olmadan avtomobilin ön oturacağında əyləşməsinə icazə verilmir. O ki qaldı uşağı sükan arxasında oturtmaq... Bu, çox məsuliyyətsiz bir addımdır. Adicə asta sürətdə qəfil əyləc basılarsa, həmin uşağın alını avtomobilin şüşəsinə çırpılaraq xəsarət alacaq."

Ekspert hesab edir ki, intensiv hərəkət olan yerdə bunu etmək ikiqat təhlükə yaradır. "İndiki halda bu, Babək prospekti kimi bir yerdə edilir. Ani bir səhv təkcə sürücü və qucağındakı uşaq üçün deyil, digərləri üçün də təhlükədir. Guya öz aləmində uşağını "çox istəyən" bu valideyn ağır qəzada "istəkli" övladını itirəndə başına döyür".

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man