“SƏHLİYALI” ŞİRKƏTİNİN ƏMƏKDAŞLARI “ANA HARAYI” ABİDƏSİNİ ZİYARƏT EDİB

26 Fevral 2019 | 17:04
OXUNUB: 3068
Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar "Səhliyalı” şirkətinin əməkdaşları Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət edib.
 
Ziyarət zamanı şirkətin əməkdaşları şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə əklil və gül dəstələri qoyub, onların ruhuna dualar oxuyub, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
 
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Xocalı şəhərində soyqırımı törədibər. Kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.




Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man