Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli Cəlilabad rayonundan Bakıya qayıdarkən qorxunc avtomobil qəzasına düşüb. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, işıqforda "Nissan" markalı avtomobilində həyat yoldaşı ilə birgə dayandığı zaman arxadan sürətlə yaxınlaşan avtomobil onların maşınına çırpılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücü narkotik maddələrin təsirində olub. Olayla bağlı danışan C.Əzimbəyli bu qəzadan xəsarət almadan çıxmalarının böyük xoşbəxtlik olduğunu deyib. O, Cəlilabaddan xeyriyyə aksiyasından qayıtdıqlarını bildirib. C.Əzimbəyli avtomobilinə 3 min manatdan artıq ziyan dəydiyini deyib. "Şükür Allaha ki, salamatlıqdır. Amma məni üzən o oldu ki, heç bir sənədi olmadan avtomobil idarə edən, habelə özündə olmayan bu şəxs Cəlilabadda "hacı" adı ilə tanınan birinin zəngi ilə heç bir məsuliyyətə cəlb olunmadan mühafizə olundu. Bəs bu insan sabah daha dəhşətli qəza törətdikdə necə olacaq?" - o əlavə edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man