“Rusiya Qarabağ probleminin həll olunmasını istəmir”- Ekspert

25 Fevral 2019 | 12:15
OXUNUB: 3907
"Problemin həllinin ya başqa müstəviyə keçirilməsinə ehtiyac yaranıb, ya da Azərbaycan tərəfi həmsədrlərdən məsələyə münasibətdə tam tələbkar olmağı tələb etməlidir”

Sfera.az-a açıqlamasında bu sözləri ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin münaqişənin həllini yaxınlaşdırmadığına dair fikirlərinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:
 
"Minsk qrupunun amerikadan olan keçmiş sədri Riçard Hoqlandın Dağlıq Qarabağ problemi ətrafında danışıqlar prosesinin münaqişənin həllini yaxınlaşdırmadığı barədə fikri heç də yenilik deyil. Əvvəldən dəfələrlə bəyan etmişik ki, danışıqlar yerində sayır. Gündəliyə vacib əhəmiyyəti olan məsələlər çıxarılmır. Həmsədr dövlətlərin nümayəndələri də prosesə tam biganə yanaşırlar. Xüsusən də, Rusiya. Bu ölkənin fəaliyyəti əslində danışıqların dondurulmasına hesablanıb. Fransa da ona müəyyən dərəcədə dəstək verir. Yalnız ABŞ-dan olan həmsədrlər müəyyən dərəcədə fəallıq göstərməyə çalışırlar. Amma bütün hallarda onlar da hələlik heç nəyə nail ola bilməyiblər. Açıq şəkildə demək olar ki, ATƏT-in Minsk qrupunda qarşılıqlı tələbkarlıq mühiti yoxdur. Hamı sanki öz başını girləməklə məşğuldur. Ona görə də belə bir vəziyyət yaranır. Məsələnin həllinin ya başqa müstəviyə keçirilməsinə ehtiyac yaranıb, ya da Azərbaycan tərəfi həmsədrlərdən məsələyə münasibətdə tam tələbkar olmağı tələb etməlidir”. 
 
Qeyd edək ki, Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland bu günlərdə "Amerikanın Səsi” radiosuna müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlı etiraflar edib. 
 
Belə ki, Riçard Hoqland bir neçə illik müşahidələrinə əsasən danışıqlar prosesinin münaqişənin həllini yaxınlaşdırmadığı qənaətinə gəlib. Yəni bu fikri bir neçə il tərəflər arasında gizli danışıqların iştirakçısı və prosesin içində olan bir şəxs deyir. Həmin açıqlamadan da göründüyü kimi, həmsədrlər də, sabiq olsalar da belə, Minsk qrupunun münaqişənin tənzimlənməsi istiqamətində fəaliyyətinin hər hansı bir nəticə vermədiyini etiraf edirlər. 
 
ELÇİN

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man