Almaniyada məktəblilərin olduğu turist avtobusu minik avtomobili ilə toqquşub. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyunun 7-si yerli vaxtla 16.00-da Arnştadt şəhəri yaxınlığındakı avtomagistralda qeydə alınıb. Bu barədə Qota şəhər polisinin rəsmi internet səhifəsində məlumat yayımlanıb. Məlumata görə, qəza nəticəsində 21-i uşaq və avtomobildə olan 2 nəfər xəsarət alıb. Bildirilir ki, avtobusda 49 uşaq olub. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man